APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
Go to content
     

APİFİTOTERAPİYA MƏRKƏZİ
   
AKUPUNKTURA
Akupunktura - metal iynələrin təsiri və ya yandırma yolu ilə insan orqanizminin bioloji aktiv nöqtələrinə olan təsir ilə aparılan müalicə metodudu. İqloterapiyanın elmi adı olan Akupunktura (Akus-iynə, Punktur-deşmək) həyat enerjisi müalicəsi adlanır. Bu üsul — bir çox xəstəliklərin müalicəsinin effektivliyinə görə bütün dünyada qəbul olunan ənənəvi çin təbabətinin komponentidir. İynələrlə aparılan bu müalicənin vətəni Çindir. Bu gün artıq Çindən əlavə, Avropa, Amerika və Rusiyada bir çox tədqiqat institutları yaradılmışdır ki, onlar bir çox xəstəliklər zamanı bu metodu tətbiq edirlər. Akupunktura — fiziki, psixiki və emosional pozğunluq və xəstəlilərin müalicəsində istifadə olunan təbii yanaşmadır. Onun əsas ideyası sadədir. Əgər insanın hər hansı bir orqanı zədələnibsə, bu o deməkdir ki, orqanizmin bütün sistemləri arasında qarşılıqlı əlaqə pozulub. Belə ki, xəstəlik və əlamətləri deyil, bütün orqanizmi müalicə etmək lazımdır. Bu isə iynələrin müəyyən nöqtələrə təsiri ilə həyata keçirilir.
İynə batmasının akkupunktura nöqtələrinə təsiri...
İnsan bədənində 664 nöqtə vardır. Həkim bu nöqtələr arasında seçimi xəstəliyin xüsusiyyətinə görə edir. Bu aktiv nöqtələr dərinin digər yerlərindən öz yüksək səviyyəli mübadilə prossesi, daha yüksək ağrı hissiyatı, daha yüksək elektirk potensial və elektrikə az müqaviməti olması ilə seçilirlər. Akupunktura üçün bir dəfəlik steril iynələr istifadə olunur. Akupunkturanın ayrılmaz hissəsi olan nəbz diaqnostikasına sayəsində — xəstəliyin əmələ gəlməsini, orqanizmdə yayılmasını və əlamətlərini izləmək mümkündür. Məhz nəbz diaqnostikası insanın enerji ehtiyatı sisteminin nə vəziyyətdə olmasını öyrənməyə imkan yaradaraq, müalicə prosesinə yanaşmanı müəyyən etməyə kömək edir
Bu müalicə növünə adətən dərman terapiyası kömək etmədikdə və ya zəif etdikdə əl atılır. Adətən bu sümük, oynaq, periferik sinirlər, məhz miqren, artroz, nevralqiya və artitonevritlərə aid edilir. Həmçinin bu üsul mərkəz sinir sitemi pozulmalarında, impotensiyanın müalicəsində, depressiya və arıqlamaq üçün istifadə olunur.
1980 — cı ildən Ümumdünya Səhiyyə Təşkilatı akupunktura metodu ilə malicə olunan xəstəlilərin siyahısını dərc etmişdir. Bu siyahıyay 43 xəstəlik daxil edilib.
Copyright  2019 Bütün hüquqlar qorunur!
Besucherzahler
счетчик посещений
Copyright  2019
Bütün hüquqlar qorunur!
AYVUS.COM tərəfindən hazırlanmışdır
Back to content