Pətək içində dünya - Xəbərlər - APİFİTOTERAPİYA MƏRKƏZİ

Xəbərlər - APİFİTOTERAPİYA MƏRKƏZİ

"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
Go to content

Pətək içində dünya

APİFİTOTERAPİYA MƏRKƏZİ
Published by in APİFİTOTERAPİYA · 7 May 2019
Tags: arıbalpropolis
Arı ailəsində dəqiq iş bölgüsü var: işçi, gözətçi, kəşfiyyatçı, döyüşçü, hava haqqında məlumat verən, süd verən və ana arı. Erkək arıdan başqa hər arının öz işi var. Erkək arı pətəyin qorunması, təmizlənməsi və qida tədarükündə iştirak etmir, onlar yalnızca ana arının mayalanmasında rol oynayır. Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur, çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülür. Lakin qış mövsümü bitən kimi işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Həmin müddətdə ana arı gün ərzində öz çəkisindən dəfələrlə çox yumurta qoyur, süd verən arılar isə yumurtaların üstünü arı südü ilə örtdükdən sonra onları mumyalayırlar.
 
Maraqlı bir faktı da qeyd edək ki, həmin proses üç gün ərzində təkrarlanarsa, 21 gün sonra yumurtalardan işçi, 16 gün təkrarlanarsa ana arılar çıxır. Çıxan bala arılar ilk üç günü istirahət edir, sonra bütün ömrü boyu işləyirlər. İşçi arılar cəmi 40-42 gün ömür sürür. Ana arılar isə yumurtadan çıxmamışdan əvvəl uzun müddət arı südü ilə qidalandıqları üçün işçi arılardan daha çox yaşayır, 7-8 ilə qədər ömür sürürlər. Ana arı öləndən sonra ailənin bütün qanunları pozulur, arılar işləməyə getmir, yığdıqları balı yeyib qurtarır, hər gün minlərlə arı ölür. İşçi arılar ölən arını yuvadan bayıra çıxarıb atırlar. Hansı ailənin işçi qüvvəsi çoxdursa, həmin ailə 35-40 kiloqram təmiz bal verə bilir.
 
Kəşfiyyatçı arılar 15 kilometrə qədər yol gedir və həmin məsafədə yaxşı yem tapanda qayıdıb o biri arılara da xəbər verir. Nəzarətçi arılar yuvada təmizlik işlərinə baxır, yuvaya gətirilən şirənin üstündə istilik yaradaraq onun suyunu buxarlandırırlar.
 
Alimlər arıların gündəlik həyatını izləmək üçün şəffaf şüşədən yuva hazırlasalar da istəklərinə nail ola bilməyiblər. Yuvalarının izləndiyini hiss edən arılar ağızlarında gətirdikləri qara maye ilə şüşəni bütünlüklə boyayıblar. Bununla da onlar öz iş prinsiplərini heç kimə göstərmək istəmədiklərini açıq-aydın nümayiş etdiriblər.
 
Arının ən zəif məhsulu bal, ən güclüsü isə arı südü və arı zəhəri sayılır. Arı südü baldan 18 dəfə güclü təsirə malikdir. Təbabətdə bəzi xəstəliklərin müalicəsində arı məhsullarından istifadə edilir. Alimlər arı südü ilə hətta genetik xəstəlikləri də müalicə etməyin mümkünlüyünə inanırlar. Çiçək tozu ilə epilepsiya tutmalarının qarşısını almaq, eritrosit və leykosit hüceyrələrini qanda səviyyəsini normallaşdırmaq mümkündür. Arı məhsullarının tərkibində insan orqanziminə yad olan heç bir artıq maddə olmadığından və tərkibi qanın plazmasına yaxın olduğundan hücyrələr tərəfindən tam mənimsənilir.
 
...Üskük-üskük altıguşəli kiçik yuvalarda sirli-sehirli bir dünya yaşayır. Pətəklər içindəki kiçik varlıqların hər birinin öz işi, öz həyatı var...


Copyright  2019 Bütün hüquqlar qorunur!
Besucherzahler
счетчик посещений
Copyright  2019
Bütün hüquqlar qorunur!
AYVUS.COM tərəfindən hazırlanmışdır
Back to content