APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
Go to content
     

APİFİTOTERAPİYA MƏRKƏZİ
   
APİTERAPİYA
Apiterapiya, arı məhsulları bir neçə xəstəliyin qarşısının alınması və ya sağaladılması məqsədilə istifadə olunan tamamlayıcı tibbə daxil olan alternativ müalicə üsuludur. Apiterapevtik müalicə üsulları qədim tarixə malikdir olub arı məhsullarından (bal, propolis, çiçək tozu, arı südü, arı çörəyi, arı xitozanı, mum güvəsi, homogenat), arı zəhərindən (arı batırma) və arı havası (apiair) istifadə edilərək tətbiq edilir. Hər keçən gün bu sahə daha da inkişaf edir və bəzi sağalmaz xəstəliklərin belə müalicəsində böyük rol oynayır. Uzaq Şərqdən tutumuş bir sıra Asiya ölkələri (Yaponiya, Çin), ABŞ, Kanada, Rumıniya, Almaniya, Türkiyə ,Rusiya, Ukrayna və Azərbaycanda Apiterapiya mərkəzləri fəaliyyət göstərir. Arı məhsullarının insan orqanizminə təsir etdiyi müalicəvi xüsusiyyətlərə görə apiterapiya sahəsinə hər zaman böyük yer veriləcəkdir.
Arı zəhəri ilə müalicə - Apiterapiya
Arı batırma üsulu kimi tanınan apitoksinlə müalicə tibdə günü-gündən yer alan bir alternativ müalicə istiqamətidir. Farmakoloji olaraq arı zəhəri qan dövranını yaxşılaşdıran, bakterisid, radiasiyaya qarşı, təzyiqi şağı salan və immun sistemi artıran aktivə təsirlərə malikdir. Arı zəhəri ilə müalicəyə başlamadan öncə mütləq arı zəhəri allergiya testi aparılmalıdır. Arı zəhəri müalicəsi vərəm, endokardit, allergiya (C1q-esteraza ferment çatışmazlığı) və hamiləlikdə istifadə edilməməlidir.  Arı zəhəri apiterapevt, terapevt, əczaçı, fizioterapevt mütəxəssisi nəzarəti və təyinatı əsasında arı iynəsi hazırlanaraq akupunktur nöqtələrə tətbiq edilir. Müalicə müddəti alkoqol qəbulu qadağandır. Əlavə olaraq süd, ağ çörək, dondurma, şəkər və bəzi energetik, qatqılı içkilər istifadə edilməməlidir. Arı zəhəri müalicəsi 6 ay davam edə bilər. Arı zəhəri dərman müalicəsi kimi eradan əvvəl 2000- ci yüzilliklərə aid bir papirüsdə arı zəhəri müalicə məqsədli istifadəsinə uyğun dəlillərə rast gəlinmişdir. Dr. Foster tərəfindən Almaniyada inkişaf etdirilən və 1935-ci ildə dünya tibbinə çıxarılan arı zəhəri tərkibli maddə ilə müalicə irəli sürülmüşdür (forapin adında dərman hələ də istifadə olunur). Bundan əlavə 1983-cü illərdə ABŞ-da Arı məhsullarıyla müalicə cəmiyyəti (dərnəyi) qurulmuş və bir çox tədqiqatlar aparılmışdır. Hazırda arı zəhəri müalicəsi Çin, yaponiya, Cənubi Koreya, Rusiya, Bolqarıstan, Slovakiya, Çexiya, Macarıstan, Polşa, Rumıniya, Avstriya, Almaniya, İsveçrə, Fransa, Türkiyə və Azərbaycanda tətbiq edilməkdədir. Həmçinin 9 Avropa ölkəsində arı zəhəri tərkibli 22 fərqli məhsul istifadə edilir. Dünyada bir çox tədqiqatçı arı zəhəri ilə it, pişik, at kimi heyvanlar üzərində tədqiqatlar aparmış və uğurlu nəticələr əldə etmişdir. Xüsusilə oynaqların iltihabi xəstəlikləri (artritlər) və revmatik xəstəliklərlə yanaşı dağınıq skleroz (Multiple Skleroz), xroniki ağrılar (mialgiyalar), depressiya və s sinir xəstəliklərində effektli nəticələr əldə olunub. Arı zəhəri ilə 1500 dağınıq skleroz xəstəsi üzərində aparılan tədqiqata əsasən 6 ay davam edən apiterapiya müalicəsindən alınan 4 fərqli qrupda 30-86% uğurlu nəticə vermişdir. Bu nətiəcələr gələcəkdə dağınıq skleroz kimi sağalmaz bir xəstəlik üçün ümidvericidir.  Dövrümüzün vəbası sayılan QİÇS  üzərində aparılan tədqiqatlara görə HİV virusunun immun sistemini çökdürməsi və insan orqanizminin immun sistemini artırması kimi nəticələr əldə olunmuşdur (Tolon, B 2002). Xərçəng xəstələrində isə arı zəhərinin məlhəm, tablet və ya iynə yoluyla vücuda tətbiq edilərək yaxşı nəticələr qeyd olunub. Arı zəhərinin mexanizmlərindən biri də bir çox aktiv amin turşuları, mikroelementlər və protein əsaslı melittin sayəsində immun sistemi stimullaşdırır və sinir sisteminin normal çalışmasını təmin edir. Apitoksinlə müalicə bugünkü gündə bir çox kimyəvi dərmanların əldə edə bilmədiyi müsbət nəticələri bizə verə bilir.
Copyright  2019 Bütün hüquqlar qorunur!
Copyright  2019
Bütün hüquqlar qorunur!
AYVUS.COM tərəfindən hazırlanmışdır
Back to content