APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
Go to content
     

APİFİTOTERAPİYA MƏRKƏZİ
   
PSİXOTERAPİYA
Psixoterapiya (qədim yunanca ψυχή – ruh + θεραπεία – müalicə deməkdir) – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir.

Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyin yeni vərdişlərinə yiyələnir, stress vəziyyətlərinin nəticələrini aradan qaldırmağı öyrənir, xəstəlik dövründə pozulmuş münasibətləri bərpa etməyə çalışır.

Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur. Psixoterapiya bir elmi metod olaraq, xüsusi təhsil və təlim hazırlıqları keçmiş, Psixiatrlar, Klinik psixoloqlar, klinik Sosial işçilər, Ailə və Evlilik psixoloqları və ya psixi sağlamlıq işçiləri kimi peşəkar mütəxəsislər tərəfindən aparıla bilər.
Psixoterapiya aparan mütəxəsis Psixoterapevt adlanır. Çox sayda psixoterapiya texnikaları var, bəziləri kiçik fərqliliklər, bəziləri isə çox fərqli psixoloji, mədəni və texniki anlayışlara əsaslanır. Bunların əksəriyyəti, pasient ilə psixoterapevt arasında birəbir ünsiyyətə əsaslanan seansları əhatə edir, ancaq bəziləri ailələr də daxil olmaq üzərə qruplarla həyata keçirilir. Psixoterapiya dərman müalicəsi tətbiq etmədən, subuta əsaslanan psixoloji üsullar tətbiq etməklə həyata keçirilir.
Copyright  2019 Bütün hüquqlar qorunur!
Copyright  2019
Bütün hüquqlar qorunur!
AYVUS.COM tərəfindən hazırlanmışdır
Back to content