APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
Go to content
     

APİFİTOTERAPİYA MƏRKƏZİ
   
ZƏLİTERAPİYA
Zəli ilə müalicə hirudoterapiya adlanır. Əsrlərlə insanların bu xeyirxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman preparatları olmuşdur. Heparin kimi qan durulaşdırıcı dərman kimi təsir edən zəlidən tibdə yeni kollateralların yaradılması məqsədilə də istifadə edilir. Hazırda dərmanların ziyanlı tərəflərini insanlar başa düşəndən sonra yenidən hirudoterapiyaya üz tutmuşlar. Zəli 1984-cü ildən «Qırmızı Kitab»a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri — Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri vardır. Zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Zəlinin ağız suyunun tərkibində olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənə bilmişdir.
Bu canlının ağız suyunda olan hirudin maddəsi qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır.
Hirudin, eyni zamanda, qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Xroniki iltihab proseslərində, ürək qüsurlarında, ürəyin işemik və qan dövranı xəstəliklərində, aşağı ətrafların venoz damar xəstəlikləri, stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxondroz (duzlaşma), uroloji, ağ ciyər və qara ciyər, mədə-bağırsaq, ginekoloji, revmatizm, dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir.
Zəli ilə müalicə mütəxəssis tərəfindən təyin edilməli və tövsiyə olunan nahiyələrə tətbiq edilməlidir. Zəli müalicəsi hemofiliyalı, ağır dərəcəli anemiyalı, kəskin infeksion prosesi olan insanlara, hamilə qadınlara və aktiv atopik dermatitli xəstələ tövsiyə olunmur.
Zəli müalicəsindən öncə mütləq qəbul etdiyiniz dərmanları həkiminizə bildirməlisiniz!
Copyright  2019 Bütün hüquqlar qorunur!
Copyright  2019
Bütün hüquqlar qorunur!
AYVUS.COM tərəfindən hazırlanmışdır
Back to content