Eldar Rehimov - APİFİTOTERAPİYA MƏRKƏZİ

Eldar Rehimov - APİFİTOTERAPİYA MƏRKƏZİ

"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
Go to content
Eldar Fərziəli oğlu Rəhimov - Terapevt-Qastroenteroloq
Eldar Fərziəli oğlu Rəhimov 1979-cu ildə Azərbaycan Tibb Universitetinin məzunu olub. Terapevt-Qastroenteroloq kimi fəaliyyət göstərdikdən sonra 1990-cı ildə Ukrayna Həkimləri Təkmilləşdirmə İnstitutunun Xarkov şəhərində Qastroenterologiya və Hepatologiya kursu keçib.

1991-ci ildə Rusiya Federasiyasının Novokuznes şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunun Endoskopiyanın aktuallığı, diaqnostikası və müalicəsi seminarı və ixtisasartırma kursu keçmişdir.

1991-1992-ci ildə Ukraynanın Zaporoje şəhərində Həzm orqanlarının diaqnostik və müalicəsi üzrə Həkimləri Təkmilləşdirmə kursunda olmuşdur.

1993-cü ildə İran islam Respublikası Təbriz Universiteti Xəstəxanasında Mədə-onikibarmaq bağırsaq xora xəstəliyi və bu xəstəliyin əsas yaradıcı səbəbi olan Helikobakteri Pilori mikroorqanizmində yeni müalicə aspektləri mövzusunda aktiv seminara qatılmış və məruzəçi olmuşdur.

Türkiyə Uşaq Qastroenteroloqlar və Hepatoloqlar Cəmiyyətinin üzvüdür.

Məşğul olduğu xəstəliklər: qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri, öd kisəsi və mədəaltı vəz xəstəlikləri (pankreatitlər), Hepatitlər (virus, alkoqol və s.), İltihabi bağırsaq xəstəlikləri və Malabsorbsiya sindromu (bağırsağın sorulma pozulması və disbakterioz).

İş vaxtı: Həftə içi 6 gün saat 09:00 - 13:00
Copyright  2019 Bütün hüquqlar qorunur!
Copyright  2019
Bütün hüquqlar qorunur!
AYVUS.COM tərəfindən hazırlanmışdır
Back to content