İbrahimli Gülsüm - APİFİTOTERAPİYA MƏRKƏZİ

İbrahimli Gülsüm - APİFİTOTERAPİYA MƏRKƏZİ

"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
Go to content
İbrahimli Gülsüm Mənsum qızı - Endokrinoloq – Klinik Dietoloq
İbrahimli Gülsüm Mənsum qızı Azərbaycan Tibb Universitetinin Müalicə - Profilaktika fakültəsinə yüksək balla daxil olmuş və Universiteti fərlənmə diplomu ilə bitirmiş, Endokrinologiya sahəsi üzrə ixtisaslaşmışdır.

İxtisası üzrə fərqli metodların təcrübədən keçirilməsi, yeni üsulların tətbiqi, müxtəlif sindromların öyrənilməsi məqsədilə bir sıra ölkələrin qabaqcıl xəstəxanalarında təcrübə keçmişdir.
2014-cü ildə Türkiyənin Haseki Elmi-Tədqiqat Xəstəxanasında Endokrinologiya ixtisası üzrə təcrübə keçmişdir.

2015-ci ildə Macarıstanın Semmelweis Universitetinin Elmi-Tədqiqat Xəstəxanasında Dietologiya və Endokrinologiya üzrə təcrübə keçmişdir.

2018-ci ildə Sağlamlıq Strategiyası Təlim Mərkəzində Dietologiya sahəsi üzrə təlim keçmiş, Nutrisioloq və Klinik Dietoloq diplomuna layiq görülmüşdür.

Aşağıda qeyd olunan bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, diplom və sertifikatlara layiq görülmüşdür:

  • 2017-ci ilin oktyabr ayında İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin təşkilatçılığı ilə keçirilən “Diabetik Ayaq günü” adlı elmi- praktik konfransı;
    • 2017-ci ilin noyabr ayında Azərbaycan Diabet Cəmiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti, Azərbaycan Respublikası Endokrionologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyası, Diabet xəstəliyinə tutulmuş gənclərə kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Ümumdünya Diabet Gününə həsr olunmuş Beynəlxalq Konfransı;
    • 2018-ci ilin mart ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti qaydalar” – ı əsasında davamlı tibbi təhsil üzrə akkreditasiya olunmuş “Azərbaycan-Türkiyə Pediatrik Endokrinoloji Kurs”u;
    • 2018-ci ilin iyun ayında Osteokurs təlimi;
    • 2018-ci ilin dekabr ayında Azərbaycan Tibb Assosiasiyası – Endokrinologiya Dərnəyinin (ATA-ED) təşkilatçılığı ilə II Simpozium “Endokrinologiyada Yeniliklər” adlı simpozium.

    Hal-hazırda Apifitoterapiya Klinikasında şəkərli diabet, tiroid vəzi, hipofiz, böyrəküstü vəzi, osteoparoz xəstəlikləri, piylənmə probleminin aradan qaldırılması və müalicəsi ilə məşğul olur. Klinik Dietoloq olaraq, ürək, böyrək, qaraciyər, onkoloji xəstəliklərin müalicəsi zamanı düzgün qidalanmanı təyin edir.
    Copyright  2019 Bütün hüquqlar qorunur!
    Copyright  2019
    Bütün hüquqlar qorunur!
    AYVUS.COM tərəfindən hazırlanmışdır
    Back to content