APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

APİ FİTOTERAPİYA MƏRKƏZİ - APİFİTOTERAPİYA MƏRKƏZİ

"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
Go to content
     

APİFİTOTERAPİYA MƏRKƏZİ
   
ULTRASƏS MÜAYİNƏSİ
Ultrasəs aparatının iş prinsipi - səs dalğalarının fərqli toxuma və orqanlardan fərqli şəkildə əks olunma xüsusiyyətinə dayanır.
Ultrasəs müayinəsi burdakı səs dalğaları yüksək frekanslı və insan qulağının eşitməyəcəyi səs dalğalarıdır.
Ultrasəs-tibbin bütün sahələrində istifadə olunan çox faydalı bir görüntüləmə metodudur. Səs dalğaları olduğuna görə bütün insanlar, həmçinin hamilələrdə və yeni doğulan körpələrdə istifadəsi zərərsizdir. Ultrasəs müayinəsi qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin müayinəsi, damarların rəngli doppleri, həyata keçirir. Ultrasəs müayinəsi Apifitoterapiya mərkəzində ultrasəslə müayinə kabineti tibbin ən son metodları ilə təchiz olunub. Xəstəliklər haqda dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır.
Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, Ultrasəs müayinəsi əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların Ultrasəs müayinəsi geniş istifadə edilir.
Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.
Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəscihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Ultrasəs müayinə üzrə proseduraları
Ümumi Ultrasonoqrafiya
Doppler müayinəsi
Aşağı ətraf arteriya və venaların, yuxu arteriyalarının doppleroqrafiyası, skrotal və penil doppler müayinəsi.
“Apifitoterapiya mərkəzində” aşağıdakı orqan və sistemlərin USM-i aparılır:

      • Qarın boşluğu orqanları
      • Sidik-ifrazat sistemi orqanları
      • Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri.
      • Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal)
      • Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzilər, mədəaltı vəz
      • Timus vəzinin müayinəsi
      • Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi (displaziyasının təyini)
Copyright  2019 Bütün hüquqlar qorunur!
Copyright  2019
Bütün hüquqlar qorunur!
AYVUS.COM tərəfindən hazırlanmışdır
Back to content